EN

Trampın Zelenski və NATO dövlətlərinin başçıları ilə telefon danışığı 90 dəqiqədən çox çəkib

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Alyaskada ABŞ-Rusiya sammitindən sonra Prezident Donald Trampın Ukrayna lideri Volodimir Zelenski və Avropa liderləri arasında apardığı telefon söhbət ümumilikdə 90 dəqiqədən çox davam edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşrinin əməkdaşı Barak Ravid diplomatik mənbəyə istinadən məlumat yayıb.

Xatırladaq ki, Ağ Evin mətbuat katibi Karolin Livitt bir neçə dəqiqə əvvəl bildirmişdi ki, D.Tramp Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Volodimir Zelenskiyə, eləcə də NATO-ya üzv ölkələrin rəhbərlərinə zəng edib.

O, həmçinin qeyd edib ki, D.Trampın söhbəti uzun çəkdiyindən Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasına çatdıqdan sonra uzun müddət təyyarəsindən enməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
3
50
oxu.az

10Sources