
ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə görüşdən sonra Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonla danışıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Fox News” telekanalı Ağ Evin mətbuat katibi Kerolayn Livittı istinadla məlumat yayıb.
Məlumata görə, Tramp telefon danışığını Alyaskadan Vaşinqtona gedərkən təyyarədə aparıb.
Onun sözlərinə görə, Tramp NATO üzvü olan ölkələrdən olan həmkarlarına da zəng edib.