EN

Donald Donqo “Kəpəz”də

Belarusun BATE klubunun sol cinah yarımmüdafiəçisi Donald Donqo bundan sonra “Kəpəz”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə Gəncə klubunun rəsmi saytına istinadən xəbər verir.

Kot-d’İvuardan olan 22 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb. O, BATE-dən bu yay azad agent kimi ayrıldığı üçün Gəncə klubuna pulsuz başa gəlib.

Donald Donqo peşəkar karyerasına Qabonun “Nquen Azuku” klubunda başlayıb. 2024-cü ildə Belarusun “Dnepr” (Mogilev) klubuna keçmiş yarımmüdafiəçi bu ilin əvvəlindən BATE-də çıxış edirdi. O, BATE-də cəmi 7 oyun keçirib, 2 assistlə yadda qalıb.

“Kəpəz” daha öncə Şakir Seyidov, Pedro Qomes, Adama Fofana, Məqsəd İsayev, Otar Aptsiauri, Katsper Rosa, Fərid Nəbiyev, Olavale Onanuqa, Vitor Feyjao və Cefferson Masiel Bentonu da heyətinə qatmışdı. Mahamadu Ba, Paçu Lira və Ehtiram Şahverdiyev Gəncə klubu ilə yeni müqaviləyə imza atıblar. Trent Buhaqyar, Yeqor Xvalko, Rati Ardazişvili, Kərim Lkuça, Dioqo Verdaska, Rojerio Santos, Valdemar Almeyda, Tural Rzayev, Turan Manafov, Nicat Süleymanov, Camal Cəfərov, Rauf Hüseynli, Nemət Musayev, Şervoni Mabatşoev və İlkin Qırtımov isə komandanı tərk ediblər.

Chosen
47
50
arena.az

10Sources