EN

ABŞ Prezidenti Putinə Melaniya Trampın məktubunu təqdim edib

ABŞ Prezidenti Donald Tramp Alyaskanın Ankoric şəhərində rusiyalı həmkarı Vladimir Putinlə görüşü zamanı ölkənin birinci xanımı Melaniya Trampın məktubunu ona təqdim edib.

Far.Az "Reuters"ə istinadən xəbər verir ki, məktubda əsasən Ukrayna və Rusiyadakı uşaqların vəziyyətinə toxunulub.

Rəsmilər məktubun tam məzmununu açıqlamasa da, sənəddə Ukraynada müharibə səbəbindən uşaqların oğurlanması məsələsinin qabardıldığı bildirilib.

Qeyd edək ki, Melaniya Tramp Ankoricdə keçirilən görüşdə həyat yoldaşını müşayiət etməyib.

Chosen
37
50
far.az

10Sources