EN

Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib

İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib.

"Report" xəbər verir ki, 33 yaşlı hücumçu buna evdə "Bunrmut"a qalib gəldikləri (4:2) I turun oyununda fərqlənməklə nail olub.

Misirli forvard çempionatda 187-ci qolunu vuraraq bu göstəricidə Endi Kola çatıb.

Qeyd edək ki, mütləq rekord Alan Şirerə məxsusdur - 260 qol. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü pillədə qərarlaşıb.

Chosen
35
12
report.az

10Sources