Rusiya prezidenti Vladimir Putinin təyyarəsi Alyaskada danışıqlardan sonra ABŞ-dan Rusiyaya gedərkən Amerikaya məxsus F-22 qırıcıları tərəfindən müşayiət olunub.
Bizim.Media xəbər verir ki, bu barədə Krem məlumat yayıb.
Putin Alyaskadakı Elmendorf-Riçardson hərbi bazasına eniş etdikdən sonra ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr də onu qarşılayıb.
B2 Spirit bombardmançısı dörd F-22 qırıcısının müşayiəti ilə havada uçub.
F-22 qırıcıları Amerika aviasiyasında ən effektiv hesab olunur.
Bizim.Media