ain.az, Azpolitika.az portalına istinadən məlumat verir.
Vladimir Putin Donald Trampa görüşdə deyib ki, Tramp 2020-ci ildəki seçkiləri “ABŞ-nin səhv seçki sisteminə görə” Co Baydenə uduzub.
“AzPolitika” xəbər verir ki, Tramp bunu “Fox News” telekanalına müsahibəsi zamanı deyib.
Trampın sözlərinə görə, Putin onunla razıdır ki, poçtla səsvermə ədalətli seçkilərə təhlükə yaradır: " Vladimir Putin ağıllıdır. O, poçtla səsvermə ilə ədalətli seçkilərin mümkün olmadığını söylədi”.
Tramp deyib ki, indi dünyanın heç bir ölkəsi bundan istifadə etmir.
Tramp həmçinin bildirib ki, Putin onun “seçkilərdə böyük fərqlə qalib gəldiyini” söyləyib və “Əgər o zaman Tramp prezident olsaydı, bu müharibə baş verməzdi” deyib.
Belə görünür ki, Tramp Putin Rusiyasının özündə seçkilərin necə “şəffaf və ədalətli” keçirilməsindən xəbərdar deyil…
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.