"Qalatasaray"ın hücumçusu Mauro İkardi meydanlara qolla qayıdıb.
Offsideplus.az xəbər verir ki, argentinalı futbolçu ötən ilin noyabrında, "Tottenhem"lə matçda zədələnmişdi.
O, dünən keçirilən "Karagümrük"lə görüşdə meydanlara geri dönüb və oyunda son nöqtəni qoyub.
Argentinalı hücumçu Lukas Torreyranın ötürməsindən sonra topu boş qapıya yuvarlayıb.
Bu, onun sarı-qırmızılı forma ilə 62-ci qolu olub. O, bu qolla Milan Baroşu geridə qoyaraq "Qalatasaray" tarixinin ən çox qol vuran 2-ci əcnəbi futbolçusu olub. Ondan öndə yalnız George Haci var. Haci İstanbul nəhəngində 72 qol vurmağı bacarıb.