EN

Tramp: Sövdələşmə Zelenskidən asılıdır

Azvision portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bu sözləri ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşdən sonra “Fox News”a müsahibəsində deyib. O bildirib ki, tərəflər bir çox məsələdə razılığa gəliblər. “Bizim bura kimi gəlib çıxmağımız çox yaxşıdır. Düşünürəm ki, biz razılaşmaya çox yaxınıq. Artıq anlaşdığı zaman çox yaxşıdır. Ukrayna buna razılıq verməlidir”, -deyə Tramp əlavə edib. Alyaskada keçirilən ABŞ-Rusiya sammitindən sonra Ukrayna münaqişəsinin nizamlanmasına dair razılaşmanın əldə olunması indi Volodimir Zelenskidən asılıdır deyən Tramp bildirib: "Düşünürəm ki, bir sövdələşmə bağlana bilər. İndi onun bağlanıb-bağlanmayacağı Zelenskidən asılıdır". Tramp əlavə edib ki, Avropa ölkələri razılaşmaların əldə olunmasında az da olsa rol oynamalı olacaqlar. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
27
43
azvision.az

10Sources