Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu açıqlayıb.
News24.az Teleqraf-a istinadən xəbər verir ki, o, jurnalistlərin bu barədə sualını cavablandırıb.
V.Putinə rus dilində sual verilib: “Zelenski ilə üçtərəfli görüşə hazırsınızmı?”.
Rusiya Prezidenti cavab olaraq qısaca başını tərpədib.