Türkiyə Superliqasında son çempion "Qalatasaray" mövsümdə ikinci oyununa çıxıb.
Offsideplus.az xəbər verir ki, onlar doğma meydanda "Karagümrük" klubunu qəbul edib.
"Aslanlar" oyunda 3:0 hesabla qalib gəldilər. 3-cü qolu isə Mauro İkardi vurdu.
Qeyd edək ki, onlar ilk oyunda səfərdə "Qaziantep" klubuna 3-0 hesabla qalib gəlmişdilər.
Qollar: Barış Alper Yılmaz (10'), Fatih Kurucuk (öz qapısına - 74'), Mauro İkardi (87')
Heyətlər:
Qalatasaray: Günay, Şallai, Sançes, Əbdülkərim, Eren, Torreyra, Lemina, Yunus, Sara, Sane, Barış Alper
Fatih Karagümrük: Qrbiç, Atakan, Fatih, Balkoveç, Çağtay, Daniel, Tresor, Berkay, Serjinyo, Ahmet, Tiago Çukur