EN

Zelenski: Alyaskadakı görüş Ukrayna ilə Rusiya arasında real sülh üçün imkan açmalıdır

Zelenski: Alyaskadakı görüş Ukrayna ilə Rusiya arasında real sülh üçün imkan açmalıdır

Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, ABŞ Prezidenti Donald Tramp ilə Rusiya lideri Vladimir Putin arasında Alyaskada keçiriləcək görüş Ukrayna ilə Rusiya arasında real sülhə gedən yolun açılmasına xidmət etməlidir.

Editor.az xəbər verir ki, Zelenski özünün Telegram kanalında yazıb ki, bu gün Rusiya tərəfinin aktual niyyətləri və Alyaskadakı görüşə hazırlığı barədə kəşfiyyatdan hesabat gözləyir. “Məsələ olduqca ciddidir. Əsas odur ki, bu görüş ədalətli sülhə və üçtərəfli – Ukrayna, ABŞ və Rusiya – formatında məzmunlu dialoqa real yol açsın”, – deyə o qeyd edib.

Dövlət başçısı həmçinin vurğulayıb ki, müharibənin başa çatmasının vaxtı çatıb və cavab addımlarını atmalı olan tərəf Rusiyadır.

//Samir Qurbanov, Editor.az

Chosen
4
editor.az

1Sources