"Barselona" müdafiəçisi Jül Kunde ilə müqaviləni uzadıb.
Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı futbolçunun "Barselona" ilə yeni müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir. Əvvəlki müqavilə 2027-ci ilin iyun ayına kimi qüvvədə idi.
Kunde "Barselona"ya 2022-ci ildə "Sevilya"dan keçib. O, kataloniyalıların heyətində bütün yarışlarda 141 oyun keçirib, 7 qol vurub və 18 məhsuldar ötürmə edib. "Barsa" ilə müdafiəçi iki dəfə La Liqanın, İspaniya kubokunun qalibi olub və iki dəfə İspaniya Superkubokunu qazanıb.