Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampı ailəsi ilə birlikdə Belarusa səfərə dəvət edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in “Belta”ya istinadən verdiyi məlumata görə, Tramp dəvəti qəbul edib.
Məlumata görə, dövlət başçıları telefon danışığı zamanı ikitərəfli gündəliyə aid məsələləri, regional mövzuları və o cümlədən Ukrayna da daxil olmaqla, “qaynar nöqtələr”dəki vəziyyəti müzakirə ediblər.
Bildirilib ki, tərəflər əlaqələri davam etdirmək barədə razılığa gəliblər.