Türkiyə nəhəngi "Beşiktaş"da yeni bir problem ortaya çıxıb.
Fanat.Az xəbər verir ki, “Beşiktaş”ın ingiltərəli futbolçusu Aleks Oksleyd Çemberleyn klubla münasibətlərində ciddi problemlər yaşayır.
İddiaya görə, futbolçu oyunlarda iştirak etməyi rədd edir və vaxtını daha çox bazada keçirir.
Bundan başqa, Çemberleynin “Beşiktaş”ın transfer hədəfində olan oyunçulara klub haqqında mənfi sözlər dediyi bildirilir.
Müqavilənin xitamına əvvəl razılaşan yarımmüdafiəçi sonradan bütün maaşını tələb edib.
"Qara qartallar"ın rəhbərliyi isə bu vəziyyətdən narazıdır və məsələnin qısa zamanda həllini tapmaq istəyir.
Kamil Xudiyev