ain.az, Azxeber.com saytına istinadən bildirir.
19-20 sentyabr tarixli antiterror əməliyyatı zamanı şəhid olmuş mayor Elxan Nəcəfinin anası Afət Nəcəfi vəfat edib.
AZXEBER.COM Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat verilib.
Qeyd edək ki, Elxan Nəcəfinin atası Şükür Nəcəfi Birinci Qarabağ müharibəsi zamanı - 1993-cü ildə Ağdam döyüşləri zamanı şəhid olub.
Elxan Nəcəfi isə Vətən Müharibəsi zamanı Füzuli, Cəbrayıl, Qubadlı və Laçın uğrunda gedən döyüşlərdə iştirak edib.
Qəhrəman mayor 20 sentyabr 2023-cü il tarixində antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə şəhid olub.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.