EN

Səhiyyə profilli QHT-lərin Forumuna hazırlıq görülür - FOTOLAR

2025-ci il avqustun 15-də QHT-lərə Dövlət Dəstəyi Agentliyində Səhiyyə profilli QHT-lərin Forumuna hazırlıqla bağlı görüş keçirilib.

QHT.az xəbər verir ki, görüşdə Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin Elm, təhsil, mədəniyyət, səhiyyə və gender siyasəti məsələləri sektorunun baş məsləhətçisi Elçin Adıgözəlov, Səhiyyə Nazirliyinin Aparat rəhbəri Tural Babayev, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, AHİK-in Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnarə Muradova, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin departament rəhbəri Aynurə Əhmədova, TƏBİB-in icraçı direktorunun müşaviri Pərvin Əkbərov və digər məsul nümayəndələr iştirak edib. Müzakirələrdə

ilk dəfə təşkil olunan bu Forumun Azərbaycanda səhiyyə profili üzrə QHT-lərin fəaliyyətində canlanma yaradacağına, səhiyyənin müvafiq sahələrində ixtisaslaşmış peşə birliklərinin faydalılığının artırılmasına töhfə verəcəyi vurğulanıb.

Chosen
65
qht.az

1Sources