EN

Tramp çox ehtiyatlı davranır



ABŞ prezidenti Tramp və onun hakimiyyəti təmsil edən komandası,Rusiya və Ukrayna arasında konsensuzun əldə olunmasına nail olmaq üçün və bu istiqamətində sözün həqiqi mənasında, çox böyük zəhmət və ardıcıllıqla , bütün imkanlarından istifadə etməklə, birtərəfli mövqe nümayiş etdirmədən, ikili standartların çıxış etmədən, hər iki tərəfin mövqeyini təftiş edərək və nəzərə alaraq, səbr göstərərək, ortaya böyük siyasi bir missiya qoya biliblər.Bu gün Rusiya hakimiyyətini təmsil edənlərin bəyanatlarına , hətta replikalarına, özlərini belə aparmalarına diqqət etsəniz və Rusiyanın indiki gəlmiş durumuna nəzər salsanız, təftiş etsəniz, müqayisə aparsanız görərsiniz ki, bu əzəmətli və zəngin ölkə, həqiqi mənada bir qrup öz ambisiyaları ilə yaşayan insanların əlində girov qalıb.Bu siyasət və bu davamiyyət Rusiyanın sonunu gətirəcək, kimi görünür.Bu səbəbdən Trampın yürütdüyü siyasəti anlamaq lazımdır. Tramp çox ehtiyatlı davranır və bu xəyalpərəst, dırnaq arası siyasətçilərin nə edəcəyi bəlli olmaz.Hesab edirəm ki, ABŞ və Qərb,Tramp liderliyində əsas məqsəd olaraq, Rusiyanı, bu mövcud cinayətkar hakimiyyətin əlindən xilas etmək istəyir və yalnız bundan sonra Avropa dərin bir nəfəs ala bilər.

Çingiz Şahbazi, siyasi ekspert
Chosen
0
1
newscenter.az

2Sources