ABŞ prezidenti Donald Tramp Alyaskada keçiriləcək sammitin nəticəsiz qalacağı təqdirdə Rusiyanı iqtisadi nəticələrlə hədələyib.
Leqal.info xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Putinin müharibəni davam etdiyi təqdirdə, ciddi nəticələrlə üzləşəcəyini deyib.
O eyni zamanda Ukrayna üçün təhlükəsizlik təminatı haqqında danışarkən təhlükəsizlik qarantiyasının Avropa ölkələri ilə birgə təmin olunmasını dəstəklədiyini, ancaq bu işin NATO bloku formasında təşkil edilməsinin əleyhinə olduğunu vurğulayıb.
ABŞ lideri Rusiya və Ukrayna arasında ərazi mübadiləsinin müzakirəyə açıq olduğunu, ancaq mübadilə ilə bağlı hər hansı bir qərarın Ukrayna tərəfindən veriləcəyini deyib.
Leqal.info