EN

Tramp Belarusa gedəcək: Lukaşenkonun dəvətini qəbul etdi

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Lukaşenko Trampı ailəsi ilə birlikdə Minskə dəvət edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ Prezidenti Donald Trampla avqustun 15-də telefon danışığı zamanı bildirib.

Belarus liderinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı tərəflər ikitərəfli əməkdaşlıq regional məsələlər və qaynar nöqtələrdə, xüsusilə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Liderlər əlaqələri davam etdirmək barədə razılığa gəliblər. Lukaşenko Tramp və ailəsini Minskə səfərə dəvət edib, ABŞ Prezidenti isə dəvəti qəbul edib.

Tramp açıqlamasında söhbət zamanı Belarus lideri ilə 1300 məhbusun azad edilməsi məsələsini də müzakirə etdiklərini bildirib.

Tahir Turan

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
20
globalinfo.az

1Sources