Evlilikləri ilə bağlı yayılan iddialarından sonra Burak Özçivit və Fahriye Evcen, tətil zamanı çəkilən xoşbəxtlik dolu foto ilə sosial şəbəkələrdə gündəm olublar. Səmimi kadrlar, həm isti havanın zövqünü çıxardıqlarını, həm də yayılan şayiələrə cavab xarakteri daşıdığını göstərib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kiçik oğulları ilə birlikdə günəşin və dənizin ləzzətini çıxaran cütlük, şezlonqda verdikləri səmimi ailə fotosu ilə sosial şəbəkələrdə böyük maraq toplayıb.
2013-cü ildÉ™ "ÇalıkuÅŸu" serialının çəkiliÅŸ meydançasında baÅŸlayan sevgilÉ™rini 2017-ci ildÉ™ möhtəşəm bir toyla taclandıran ikili, xoÅŸbÉ™xtliklÉ™rini iki övladla bÉ™zÉ™yib. 2019-cu ildÉ™ ilk oÄŸulları Karan, 2023-cü ilin yanvar ayında isÉ™ Kerem dünyaya gÉ™lib.Â
Bir neçə gün əvvəl sosial mediada evliliklərində gərginlik yaşandıqları iddia edilmişdi. Bu iddiaları gücləndirən səbəb isə Fahriye Evcen-in Instagram profilində yer alan "Özçivit" soyadını silməsi olmuşdu. Lakin qısa müddət sonra soyadın yenidən profilində görünməsi, vəziyyətin planlı bir dəyişiklikdən çox texniki nasazlıqdan qaynaqlandığını düşündürüb.
Lalə Qüdrətova
Milli.Az
Məqaləyə dair fotomateriallar:
