Moldova AB-yə üzvlük yolunda Ukraynanı QABAQLAYACAQ
Ajans.az xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb. “Bu addım ölkədə sentyabrın sonuna təyin olunmuş parlament seçkiləri öncəsi Prezident Maya Sandunun AB yönümlü kampaniyasına güclü dəstək verə bilər. Moldova və Ukrayna AB-yə namizəd statusunu 2023-cü ildə eyni vaxtda alıblar. Lakin hazırda Macarıstan Ukraynanın danışıqlarına blok qoyur, bu da Kiyevin prosesdən geri qalmasına səbəb olur”, - nəşr bildirib.