EN

Putin Tramp görüşü Ukraynanın yaxın onillikdə hansı istiqamətdə hərəkət edəcəyini müəyyənləşdirəcək

Azxeber.com saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Putin və Trampın Alyaskada görüşü, əslində, Ukraynanın gələcək siyasi taleyini müəyyən edə biləcək əsas mərhələlərdən biridir".

Bu fikirləri AZXEBER.COM-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

O, bu gün keçiriləcək ABŞ-Rusiya liderlərinin görüşündən sonra Ukraynanın aqibətinin necə olacağını dəyərləndirib:

"ABŞ və Rusiya arasında bu formatda aparılacaq birbaşa dialoq münaqişənin diplomatik həll perspektivini gündəmə gətirsə də, tərəflərin strateji maraqları bir-birindən kəskin fərqlənir. Moskva üçün Ukrayna məsələsi yalnız geosiyasi deyil, həm də təhlükəsizlik arxitekturasının mərkəzi elementi kimi qəbul edilir. Vaşinqton isə Ukraynada qalib gəlməyi və Rusiyanın təsir dairəsini daraltmağı qlobal güc balansının qorunması üçün vacib hesab edir. Trampın siyasi ritorikasında "sürətli sülh” çağırışları olsa da, bunun hansı şərtlərlə baş verəcəyi hələ də sual altındadır. Əgər kompromis modeli ortaya çıxarsa, bu, Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı ciddi güzəştlər tələb edə bilər. Rusiya isə danışıqlarda ən azı Donbas və Krım məsələsində öz mövqeyini möhkəmləndirmək niyyətindədir. ABŞ tərəfi, xüsusilə Tramp administrasiyası daxili siyasətdə seçici rəğbətini qazanmaq üçün sülh görüntüsünü prioritetləşdirə bilər. Lakin bu, Ukrayna üçün ədalətli sülh anlamına gəlməyə bilər. Ən pis ssenari, münaqişənin "dondurulmuş” formatda qalmasıdır ki, bu da Ukraynanı uzunmüddətli siyasi və iqtisadi qeyri-sabitliyə sürükləyər".

Siyasi ekspert görüşdə konkret razılaşma əldə olunmazsa, hərbi əməliyyatların yenidən vüsət alacağını bildirib:

"Əgər görüşdən sonra konkret razılaşma əldə olunmasa, hərbi əməliyyatların intensivliyi yenidən arta bilər. Rusiya danışıqları vaxt qazanmaq və yeni strateji mövqelər qurmaq üçün də istifadə edə bilər. Tramp isə özünü vasitəçi kimi təqdim edib Nobel Sülh Mükafatı ambisiyasını gücləndirməyə çalışacaq. Ukrayna rəhbərliyi bu prosesdə ciddi təzyiqlərlə üzləşə bilər. Hər iki böyük gücün razılaşması fonunda Kiyevin səsi zəifləyə bilər. NATO daxilində də Ukraynanın gələcəyi ilə bağlı fikir ayrılıqları dərinləşə bilər. Əgər razılaşma Rusiya maraqları üzərində qurularsa, bu, Qərb ittifaqında çatlar yarada bilər. Lakin danışıqlar uğursuz olarsa, münaqişənin yeni mərhələyə keçməsi ehtimalı da realdır. Beləliklə, Putin-Tramp görüşünün nəticəsi Ukraynanın yaxın onillikdə hansı istiqamətdə hərəkət edəcəyini müəyyənləşdirəcək ən mühüm faktorlardan biri olacaq".

Mikayıl Mirzəzadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
2
azxeber.com

1Sources