EN

Hava nəqliyyatı ilə sərnişin daşımalar 3 %-ə yaxın artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 milyon 282 min sərnişin daşınıb.

"Cebheinfo.az" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 72 min sərnişin və yaxud 2,7 % çoxdur.

7 ayda hava yolu ilə daşımaların 99,9 % dövlət, 0,1 % isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma isə 4,2 % və yaxud 9,9 min ton azalaraq 223,5 min ton olub.

2025-ci ildə nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektlərinin daşıdığı yüklərin həcmi 136,9 milyon ton olub. Yüklərin 0,2 %-i hava yolu ilə daşınıb.

"Cebheinfo.az" 

Chosen
20
3
cebheinfo.az

4Sources