EN

"Beşiktaş" Almaniya klubunun müdafiəçisini sıralarına cəlb etdi

Türkiyə təmsilçisi "Beşiktaş" daha bir futbolçunu heyətinə qatıb.

Fanat.Az xəbər verir ki, informasiyanı İstanbul təmsilçisinin mətbuat xidməti yayıb.

Almaniyanın "Şalke 04" komandasından Taylan Bulut heyətə cəlb olunub. 19 yaşlı cinah müdafiəçisi bu gün Türkiyədə olacaq.

Qeyd edək ki, Bulut 2024-cü ildə "Şalke 04"ün əsas komandasında debüt edib. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Nihat

Chosen
33
fanat.az

1Sources