Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
Ermənistanda məhkəmə Erməni Apostol Kilsəsinin Şirak Yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Adjapaxyan barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiənin vəsatətini rədd edib və həbs müddətini daha 10 gün uzadıb.
Bu barədə Oxu.Az TASS-a istinadən xəbər verir.
"Arxiyepiskop Mikael barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı müdafiə tərəfinin vəsatəti rədd edilsin və həbs müddəti daha 10 gün uzadılsın", - deyə məhkəmə iclasında hakim Armine Meliksetyan bildirib.
Hakim qeyd edib ki, istintaq tədbirlərinin başa çatdırılması arxiyepiskop barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün kifayət qədər əsas ola bilməz.
Bu, açıq şəkildə "ölkədə konstitusiya quruluşunun devrilməsinə" çağırışda ittiham olunan arxiyepiskop Mikael Adjapaxyanın işi üzrə ilk məhkəmə iclasıdır. İyunun 26-da məlum olub ki, Baş Prokurorluq arxiyepiskop Mikaelə qarşı konstitusiya quruluşunun devrilməsinə çağırış ittihamı ilə cinayət işi açıb. O, iyunun 27-də həbs edilib, iyunun 28-də isə ümumi yurisdiksiya məhkəməsinin qərarı ilə barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.