Son günlərdə sabiq təhsil naziri Misir Mərdanovun Ermənistanın baş naziri Nikol Paşinyanla bağlı videomüsahibəsi sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. O, müsahibədən kəsilmiş görüntülərdə “Paşinyan bizim rayondan – İcevandandır. Onun əmisi rayonda tanınmış həkim idi. Xəstələrin əməliyyata ehtiyacı olduqda hamı o cərrahı axtarırdı” deyib.