EN

Nazir mayoru Naxçıvanda idarə rəisi təyin etdi – FOTO

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti İdarəsinə yeni rəis təyin edilib. 

KONKRET.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət mayoru Ramil Eminov sözügedən idarənin rəisi təyin olunub.

Qeyd edək ki, Ramil Eminov bundan əvvəl Bakıda FHN-nin Dövlət Yanğın 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsinin inspektoru və digər vəzifələrdə çalışıb.

Xatıradaq ki, bundan əvvəl İlqar Qocayev Naxçıvan Fövqəladə Hallar Nazirliyinin Dövlət Sənaye və Dağ-Mədən Təhlükəsizliyi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Chosen
15
14
konkret.az

10Sources