EN

Azərbaycan vətəndaşlarına qarşı Rusiyanın qadağası irqçilik və siyasi şantajdır DEPUTAT

ain.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Rusiya Federasiyasının Əmək və Sosial Müdafiə Nazirliyinin Azərbaycan vətəndaşlarının işə götürülməsinə qadağa qoyması, müasir beynəlxalq münasibətlər tarixində görünməmiş dərəcədə açıq irqçilik, milli ayrı-seçkilik və düşmənçilik nümunəsidir. Bu, təkcə siyasi təzyiq vasitəsi deyil, həm də Kreml rəhbərliyinin beynəlxalq hüququ, insan haqlarını və oturuşmuş beynəlxalq praktikanı heçə saydığının növbəti göstəricisidir.

Moskva düşünür ki, bu kimi cılız qərarla və ya SOCAR-ın Ukraynadakı müəssisələrinə hücum etməklə Azərbaycana təsir göstərə, xalqımızı qorxuya sala və milli həmrəyliyi poza bilər. Amma Kreml ciddi şəkildə yanılır. Azərbaycan xalqı nə qorxur, nə geri çəkilir, nə də özünə olan hörmətsizliyi cavabsız qoyur.

Bizə yaxşı bəllidir ki, bu, addım Rusiyada çalışan minlərlə azərbaycanlını kütləvi şəkildə Vətənə qaytarmağa və bununla da, ölkəmizdə sosial-siyasi sabitliyi pozmağa hesablanıb . Lakin Moskvanın anlamadığı bir həqiqət var: Azərbaycan dövləti və xalqı həm 44 günlük Vətən müharibəsində, həm də 1 günlük antiterror əməliyyatlarında və ondan sonrakı dövrdə “Dəmir Yumruq” ətrafında necə sıx birləşdiyini bütün dünyaya nümayiş etdirib və bundan sonra bu birliyi qorumağa və istənilən təxribatın öhdəsindən gəlməyə hazırdır və qadirdir.

Müzəffər Ali Baş Komandanın müharibə meydanında əldə etdiyi möhtəşəm Zəfəri Vaşinqton görüşündə, diplomatik müstəvidə də təsdiqləməsi, möhkəmləndirməsi xalqımızın milli ruhunu və qürurunu daha da gücləndirib.

Ona görə də bu qərarı verənlər unutmasınlar ki, dünyada yaşayan 50 milyonluq azərbaycanlı milli birliyini və dövlətinə sədaqətini heç vaxt itirməyəcək. Rusiya isə anlamalıdır ki, bütün körpüləri yandırmaqla yalnız özünü təcrid edir və öz maraqlarına zərbə vurur.

Azay Quliyev

Milli Məclisin deputatı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
4
modern.az

8Sources