EN

Bu çağırışçılara möhlət verilir

Müddətli həqiqi hərbi xidmətə çağırışdan ailə vəziyyətinə görə möhlət hüququ yalnız ailədə yeganə himayədar olan şəxslərə şamil olunur.

Bu möhlət aşağıdakı hallarda tətbiq edilir:

– Başqa övladı olmayan, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ata və ya anaya baxan çağırışçıya;

– Üç və daha çox övladı olanlara;

– Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş həyat yoldaşı olanlara;

– 8 yaşınadək üç və ya daha çox uşağı təkbaşına böyüdən ata və ya anaya;

– 18 yaşınadək və ya ağır əlilliyi olan qardaş və ya bacısına baxan, başqa himayəçi ailə üzvü olmayan çağırışçıya.

Chosen
13
17
banker.az

10Sources