EN

Azərbaycandan Gürcüstana pul köçürmələri azaldı

TBİLİSİ, 15 avqust. TELEQRAF

Ötən ay Azərbaycandan Gürcüstana 3,20 milyon ABŞ dolları köçürülüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Bankından bildirilib.

İllik müqayisədə pul köçürmələrinin məbləği 13,30% azalıb.

İyulda Gürcüstana daxil olan ümumi pul köçürmələrində Azərbaycanın payı 0,95% təşkil edib.

Hesabat ayında Gürcüstandan Azərbaycana isə 6,21 milyon ABŞ dolları həcmində pul köçürmələri həyata keçirilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətdə 43,42% çoxdur.

Gürcüstana xaricdən göndərilən pul köçürmələrinin ümumi məbləği illik müqayisədə 13% artaraq 337 milyon ABŞ dollarına bərabər olub. Gürcüstandan xaricə isə 37,3 milyon ABŞ dolları köçürülüb ki, bu da ötən ilin eyni göstəricisindən 11,4% çoxdur.

Chosen
34
teleqraf.com

1Sources