EN

Fəxri adlara görə 4 min 716 nəfərə təqaüd verilir

Ajans.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Belə ki, onlardan 246-sı "Xalq" fəxri adına görə, 4470-i isə "Əməkdar" fəxri adına görə təqaüd alır.

Qeyd edək ki, "Xalq" fəxri adına görə təyin olunan təqaüdün məbləği 200 manat, "Əməkdar" fəxri adına görə isə 150 manatdır.

Chosen
86
15
Ajans.az

10Sources