EN

Portuqaliya - Azərbaycan oyununun başlama saatı və stadionu açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.
 
Moderator.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, B qrupunun I turunda, sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
 
Qeyd edək ki, U-21 sentyabrın 9-da seçmə mərhələnin II turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.
Chosen
50
21
moderator.az

10Sources