EN

Portuqaliya-Azərbaycan oyununun vaxtı və stadionu açıqlanıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.

İdman.biz xəbər verir ki, B qrupunun I turu çərçivəsində sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq.

Görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Qeyd edək ki, U-21 milli komandamız sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.

İdman.biz

Chosen
24
21
idman.biz

10Sources