Fanat saytından alınan məlumata görə, ain.az bildirir.
"Olimpik Lion"un müdafiəçisi Eynsli Meytland-Nayls karyerasını Türkiyədə davam etdirə bilər
Fanat.Az xəbər verir ki, informasiyanı "RMC Sport" yayıb.
Məlumata görə, onun xidmətində "Qalatasaray" maraqlıdır. Mənbə İstanbul nəhənginin 27 yaşlı müdafiəçinin transferi üçün təklif hazırladığını diqqətə çatdırıb. Eynslinin özünün də sarı-qırmızı formanı geyinmək variantına isti yanaşdığı bildirilib.
Qeyd edək ki, Meytland-Nayls ötən mövsüm "Lion"un heyətində bütün turnirlərdə 44 matça çıxaraq 1 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Liqa 1 klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayınadək nəzərdə tutulub.
Nihat
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.