Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Bakı, 15 avqust, AZƏRTAC
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi səfər oyununun yeri və başlama saatı müəyyənləşib.
AFFA-dan AZƏRTAC-a verilən məlumata görə, B qrupunun I turu çərçivəsində sentyabrın 5-də Barseluş şəhər stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.
Qeyd edək ki, U-21 milli komandamız sentyabrın 9-da seçmə mərhələnin ikinci turunda “Dalğa Arena”da Bolqarıstan yığması ilə qarşılaşacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.