BAKI, 15 avqust. TELEQRAF
2025-ci ilin yanvar-may aylarında mobil operatorlar 702,6 milyon manat gəlir əldə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2025-ci ilin yanvar-iyul aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 7,4 faiz artaraq 2082,8 milyon manat təşkil edib, onun 73,1 faizi əhali tərəfindən istehlak olunub.
Xidmətlərdən əldə edilən gəlirin 33,7 faizi və ya 702,6 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Qeyd edək ki, bu sahədə əldə edilmiş gəlirin 83,6 faizi qeyri-dövlət sektorunun payına düşüb.