EN

Pensiya hüququndan bu halda imtina etmək mümkündür – HÜQUQİ İZAH

Azərbaycanda hər bir vətəndaş qanunvericiliyə uyğun olaraq müəyyən yaş həddinə çatdıqda və ya digər şərtlər daxilində pensiya hüququ qazanır. Lakin bəzən insanlar müxtəlif səbəblərdən, xüsusilə də işlədikləri vəzifədə müəyyən məhdudiyyətlərlə üzləşdikdə bu hüquqdan istifadə etmək istəmirlər.

Maraqlıdır, belə halda vətəndaş öz istəyilə pensiya hüququndan imtina edə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu, tamamilə mümkündür:
 

MÖVZU İLƏ BAĞLI:

Pensiya ödənişləri niyə artıb? - AÇIQLAMA


“Əgər bir şəxs rəsmi işdə çalışırsa və pensiya almaq onun bu fəaliyyətinə mane olursa, vətəndaş könüllü şəkildə pensiya hüququndan imtina edə bilər. Bu, onun şəxsi seçimidir və qanunla qadağan olunmur”, - deyə hüquqşünas vurğulayıb.

Ə.Həsənov əlavə edib ki, vətəndaş sonradan istədiyi vaxt bu hüququnu yenidən bərpa edə bilər:

“Bərpa prosesi də çox sadədir. Yəni, necə ki, şəxs könüllü şəkildə pensiya hüququndan imtina edə bilirsə, eyni qaydada da sonradan müraciət edərək pensiyasını tələb edə bilər”.

Aygün Hüseyn, Bizim.Media

Chosen
95
41
bizim.media

10Sources