EN

Ermənistan İranı inandıra bilib ki, “Tramp marşrutu” ilə bağlı Tehranın bütün “qırmızı xətləri”nə əməl olunub -NAZİR

Ermənistan Vaşinqton razılaşmalarından sonra "Tramp marşrutu" ilə bağlı İranın bütün “qırmızı xətlər”inə əməl olunduğuna Tehranı inandıra bilib.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçı IRNA-ya müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, məsələnin miqyası hələ tam aydın olmasa da, Ermənistan tərəfi suallara ətraflı cavab verməyə çalışıb.

Əraqçı qeyd edib ki, İran regionda geosiyasi dəyişikliklərdən ehtiyat edirdi, lakin bu, baş verməyib: “Əlbəttə gələcək proseslər də narahatlıq doğurur, lakin İranın yaxınlığında heç bir ABŞ hərbi qüvvəsi yerləşdirilməyəcək”.

Chosen
14
9
herbiand.az

10Sources