Hazırda Gəncədə inventarlaşdırılan və götürülməsinə başlanılan ağacların 70 faizi bioloji inkişafdan qaldığından, 30 faizi isə xəstəlik, iqlim dəyişikliyi və s. səbəblərdən quruyub.
"Report"un Qərb bürosunun məlumatına görə, bunu Gəncə şəhər Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin baş aqronomu Rizvan Quliyev bildirib.
Onun sözlərinə görə, bioloji inkişafdan dayanmış, qurumuş ağacların etiketlənməsi onların öz başına kəsilməsinin qarşısını alacaq:
"Bu, bir növ ağacların sığortalanmasıdır. Həmin etiketlər yeni ağaclara taxılacaq. Gəncə şəhərində yaşıllıqların ərazisi 2002 hektar təşkil edir. Bu yaşıllıqların qorunması, sahəsinin artırılması əhəmiyyətlidir".