EN

Üç dövlət qurumu Gəncədə monitorinq keçirib, 500-dən çox ağac götürüləcək, yenisi əkiləcək

Gəncə Şəhər İcra Hakimiyyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyi və Dövlət Ekoloji Təhlükəsizlik Xidməti qurumuş və qəzalı ağacların vəziyyətinin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparıb.

"Report"un Qərb bürosunun məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov deyib.

Onun sözlərinə görə, 500-dən çox bioloji inkişafdan qalmış, quru və qəzalı ağac müəyyən olunaraq inventarlaşdırılır, onların qeydiyyatı, nömrələnməsi işləri aparılır:

"Götülürməsinə başlanılacaq qurumuş və qəzalı ağacların yerinə mövsümdə - sentyabrda yerli iqlim və torpaq şəraitinə uyğun yeni ağaclar əkiləcək. Bu işləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının iştirakı ilə Gəncə Şəhər İcra Hakimiyyətinin müvafiq qurumları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətində ictimai dinləmənin keçirilməsi nəzərdə tutulub. İndiyədək ətraf-mühitlə bağlı bizi qane etməyən məsələlər var idi. Qurumuş, qəzalı, ağacların götürülmədən öncə inventarlaşdırılması, nömrələnməsi, etiketlənməsi, sayı, yerləri və onların yerinə mövsümdə əkiləcək yeni ağaclar barədə məlumatların olması, bu informasiyaların www.agac.az səhifəsinə yerləşdirilməsi həm də sui-istifadə hallarının qarşısını alacaq".

Sədr əlavə edib ki, ilk dəfə Gəncədə pilot layihə olaraq belə bir yanaşma tətbiq olunur:

"İstənilən vərəndaş səhifəyə daxil olaraq, ağacın müqəddəratı ilə bağlı məlumatlana bilər. Bundan sonra o siyahida hansısa uyğunsuzluq olarsa, aşkanlanacaq ki, ağaclar hardan və necə götürülüb".

Chosen
3
report.az

1Sources