Avqustun 15-nə keçən gecə Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələri, digər müdafiə qüvvələri ilə birgə, Rusiyadakı bir sıra mühüm obyektləri atəşlə məhv edib.
Ukrayna Baş Qərargahının məlumatına görə, zərbə Samara vilayətində yerləşən və “Rosneft”in ən böyük müəssisələrindən sayılan Sızran neft emalı zavoduna dəyib.
Zavod geniş çeşiddə yanacaq, o cümlədən aviasiya kerosini istehsal edir və Rusiya Silahlı Qüvvələrinin təminatında iştirak edir. Zərbədən sonra müəssisədə yanğın və partlayışlar qeydə alınıb.
//Samir Qurbanov, Editor.az