EN

Yasamalda narkokuryerlik edən iki qardaş həbs olunub VİDEO

Bakı, 15 avqust, AZƏRTAC

Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin satışı və qanunsuz dövriyyəsinə qarşı keçirilən əməliyyat zamanı əvvəllər məhkum olunmuş 31 yaşlı Yusif Əliyev və qardaşı 33 yaşlı İlkin Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onların avtomobil və evlərinə baxış zamanı 6 kiloqramdan artıq narkotik vasitə olan marixuana aşkarlanıb.

Saxlanılanların şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri gizlədilən ünvanlardan əldə etdikləri və satış məqsədi ilə əvvəlcədən təyin olunan nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb, əməliyyat tədbirləri davam etdirilir.

 

Chosen
31
41
azertag.az

10Sources