EN

Azərbaycanda artan təhlükəli virus: Ölümə qədər gətirə bilir Həkimdən xəbərdarlıq

Olke.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) ilk dəfə yoluxanların sayı artıb. Bu barədə məlumat “Azərbaycanda səhiyyə, sosial müdafiə və mənzil şəraiti” statistik məcmuəsində dərc olunub.

Məlumata görə, 2024-cü ildə ilk dəfə İİV-ə yoluxanların sayı 2023-cü illə müqayisədə artaraq 1152-ə çatıb. 2023-də isə bu rəqəm 886 nəfər olub.

Bəs, yoluxma hallarının artmasının əsas səbəbləri nələrdir? 

Mövzu ilə bağlı Ölkə.az-a danışan həkim-terapevt Sübhan Hacıyev bildirib ki, immunçatışmazlığı virusu bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da artmaqdadır. Bu virus insan həyatına çox ciddi şəkildə təhlükə törədib.

Onun sözlərinə görə, bir çox hallarda gec aşkarlanarsa, həyati təhlükəli ola bilir və ölümə qədər gətirib çıxarır:

"Bu virusa yoluxma adətən qeyri-rasional cinsi əlaqə zamanı olur. Xüsusilə də qoruyuculardan istifadə olunmadığı bir dövrlərdə həm homoseksualistlər, həm heteroseksualistlər arasında ola bilir. Bundan əlavə bu virus çox gec aşkarlandığı üçün insanlar özlərinin də bu virusun daşıyıcısı olduğunu bilməyə bilərlər. Bundan əlavə olaraq birdəfəlik şpris istifadə etmədiklərində də olur. Bu daha çox zərərli vərdişlərdən əziyyət çəkən insanlarda olur. Hansılarda ki, məsələn narkotik aludəçisidir və bəzən bir qrup şəklində bir yerə yığılaraq eyni şprisdən istifadə edirlər.

Bəzən də hamiləlik dövründə yoluxma ola bilir. Ana doğum zamanı bu virusu övladına ötürə bilir. Və yaxud da ki, süd əmizdirmə zamanı çox rahatlıqla bu virus keçə bilir. Bir çox miqrantlarda yaxşı olar ki, ölkəyə girişi zamanı bir çox yoluxucu infeksiyaların yoxlanılması olsun. Çünki böyük bir hissədə xarici ölkələrdən gəlmiş olur".

Həkim qeyd edib ki, bu virusdan qorunma yolları daha çox tibbi yöndən maariflənmə ilə olur:

"Çünki nə qədər çox insanlara bu virus haqqında danışsaq, nə qədər çox tibbi yöndən maariflənsək, bir o qədər insanlar bundan az çəkinərlər və nəticədə də test verməyə özləri könüllü şəkildə gələrlər. Çünki burada test məsələsində də bir problemimiz var.

Ölkə üzrə biz bilirik ki, bir tək Bakıda da belə bir mərkəz var. Amma rayonlarda, ucqar yerlərdə yaşayan insanlarımız üçün Bakıya gəlib bu testi vermək rahat olmur.

Nəzərə alsaq ki, ilk aylarda bu virus ümumiyyətlə simptomsuz keçə bilər, bu səbəbdən də insanlar artıq gecikmiş etaplarda müraciət etmiş olurlar. Bütün bunları nəzərə alaraq, öncəliklə insanlara şəxsi gigiyenaya çox ciddi şəkildə riayət etmələrini tövsiyə edirəm. Cinsi əlaqələr zamanı partnyorlarını doğru, düzgün tanıyıb seçmələri lazımdır. Çox vacibdir ki, qoruyuculardan istifadə olunsun. Eyni zamanda hər hansı bir tibbi prosedurlar zamanı qətiyyən birdəfəlik şprislər bir insandan, digər insana istifadə olunmasın, sterillik hər zaman qorunsun və profilaktik olaraq altı aydan bir və yaxud da ildə bir dəfə heç olmasa infeksion baxımından bu analizlər verilmiş olsun ki, erkən mərhələdə o cür xəstəliklərin aşkarlanması çox rahatlıqla tapıla bilsin və müalicəsiyə başlanılsın".

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
1
olke.az

2Sources