EN

"Milan" "Yanq-Boyz"un müdafiəçisini transfer etdi

“Yanq Boyz”un müdafiəçisi Zakari Atekame “Milan”a keçib.

Operativ Media xəbər verir ki, bu haqda İtaliya klubunun mətbuat xidməti məlumat yayıb.

20 yaşlı isveçrəli ilə 2030-cu ilin yayına qədər müqavilə imzalanıb.

"Transfermarkt" portalı müqaviləni 10 milyon avro qiymətləndirib.

Atekame ötən mövsüm 43 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Chosen
53
operativmedia.az

1Sources