Kino Agentliyi elan etdiyi tenderin nəticələrini açıqlayıb.
Milli Məclis 165 min manata nələr aldı? - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, sözügedən tender “Akinak. İşquzqılıncı” tammetrajlı bədii filminin istehsalının həyata keçirilməsi xidmətlərinin satın alınması üzrə elan edilmişdi. Tenderin qalibi “Nərimanfilm” MMC (VÖEN: 1700463811) olub.
Qalib şirkətlə bağlanan müqavilənin dəyəri 1 118 000 AZN təşkil edir.
Qeyd edək ki, “Nərimanfilm” MMC əvvəllər də eyni layihə ilə bağlı digər tenderdə qalib olub. Belə ki, 15 yanvar 2025-ci ildə “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən müsabiqədə şirkət “Akinak. İşquz qılıncı” filminin rejissor ssenarisinin yazılışı və ilkin hazırlığı xidmətlərini təmin etmək üçün 499 987 AZN dəyərində müqavilə imzalamışdır.
Qeyd edək ki, “Nərimanfilm” MMC 2005-ci ildə yaradılıb, nizamnamə kapitalı 10 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi Nəriman Məmmədov Kamileviçdir. Hüquqi ünvanı AZ1003, Bakı şəhəri, Səbail rayonu, Fərman Qurbanov küçəsi, ev 13, m.5 ünvanında yerləşir.