EN

Puşkaş mükafatının sahibi karyerasını bitirdi

ain.az bildirir, Qol.az saytına əsaslanaraq.

Argentina millisinin sabiq yarımmüdafiəçisi Erik Lamela karyerasını başa vurub.

QOL.az xəbər verir ki, 33 yaşlı futbolçu bu barədə özü açıqlama yayıb. Onun son klubu Yunanıstan AEK-i olub.

Lamela 2021-2024-cü illərdə çıxış etdiyi və Avropa Liqasının qalibi olduğu "Sevilya"da məşqçilər korpusunda yer alacaq.

Qeyd edək ki, Erik Lamela “River Pleyt”, “Roma” və “Tottenhem”də də çıxış edib. O, Argentina millisində 25 oyun keçirib və 3 qol vurub. 2021-ci ildə Lamelanın "Arsenal"ın qapısına vurduğu qol ilin ən yaxşı qolu mükafatı - Puşkaş mükafatına layiq görülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
33
1
qol.az

2Sources