Rusiya baş nazirinin müavini Aleksey Overçuk jurnalistlərə bildirib ki, gələn həftə Azərbaycan tərəfi ilə Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının blokunun açılması məsələsini müzakirə edəcək.
"Gələn həftənin sonunda mənim də Azərbaycan tərəfi ilə görüşüm nəzərdə tutulub. Biz orada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması məsələsinə baxacağıq", - o bildirib.
Overçuk görüşün Rusiyada olacağını deyib.