EN

Azərbaycanda bu şirkətin nizamnamə kapitalı 19,9 milyon manat azaldı

BAKI, 15 avqust. TELEQRAF

“Olimp Construction” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalının azaldığını elan edib.

Teleqraf xəbər verir ki, MMC nizamnamə kapitalını 19 milyon 975 min manat azaldaraq 21 milyon 265 min manata endirib. Şirkətin öncəki nizamnmə kapitalı 41 milyon 240 min manat olub.

Qeyd edək ki, MMC 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi Süleymanov Qəhrəman Fərman oğludur.

Chosen
31
teleqraf.com

1Sources