Azərbaycan yığmasının üzvü Ozan Can Kökçü bu yay Niderlandın "Volendam" klubuna qoşulub.
Offsideplus.az xəbər verir ki, 26 yaşlı futbolçu hətta ilk turda qol vurmağı da bacarıb. O, klubun ona göstərdiyi etimaddan məmnundur:
"Volendamın mənə göstərdiyi etimaddan çox məmnunam. Ümid edirəm ki, hamımız birlikdə çox yaxşı çıxış edəcəyik. Üstəlik, "Beşiktaş" da Türkiyə çempionu olsa, o zaman özümü saxlaya bilməyəcəm".
Qeyd edək ki, Ozan Canın balaca qardaşı Orkun Kökçü bu yay "Beşiktaş"a transfer olub.